https://news.day.az/azerinews/1856874.html Sabiq icra başçısı İslam Rzayev ilə bağlı yeni qərar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Day.Az apa-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Sabiq icra başçısı İslam Rzayev ilə bağlı yeni qərar

Azərbaycanca, 31 августа 2026 11:09 (UTC +04:00) 190
Sabiq icra başçısı İslam Rzayev ilə bağlı yeni qərar

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Day.Az apa-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости