https://news.day.az/azerinews/1868121.html DTX Masazırda 4 avtomobili yandıran şəxsi xaricdə yaxaladı Oktaybr 10-da Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib. Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurub.

DTX Masazırda 4 avtomobili yandıran şəxsi xaricdə yaxaladı

Azərbaycanca, 19 октября 2026 17:42 (UTC +04:00) 285
DTX Masazırda 4 avtomobili yandıran şəxsi xaricdə yaxaladı

Oktaybr 10-da Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonans doğurub. Artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.

Day.Az xəbər verir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində "Mercedes", "Lada", "Hyundai", "Renault" markalı minik avtomobilləri yanaraq kül olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости