https://news.day.az/azerinews/1868465.html TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib - Sahibə Qafarova - FOTO Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında çıxış edib. Sahibə Qafarova göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib.

TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib - Sahibə Qafarova - FOTO

Azərbaycanca, 20 октября 2026 22:18 (UTC +04:00) 306
TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında çıxış edib.

Sahibə Qafarova göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib. O bildirib ki, rəsmi səfər çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə parlamentlərarası əlaqələrin Azərbaycan ilə Qırğızıstan arasındakı müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışda ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu keçdiyi, qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən və beynəlxalq parlament diplomatiyasında fəal rol oynayan mühüm platformaya çevrildiyi vurğulanıb. Bildirilib ki, Assambleyanın Şura və 15-ci plenar iclasları uğurlu olub, toplantılarda təşkilatın ötən dövrdəki fəaliyyətinin yekunları nəzərdən keçirilib, qarşıdakı dövr üçün prioritetləri və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Spiker plenar iclasın mövzusunun müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, süni intellektin və texnoloji tərəqqinin sürətlə inkişaf etdiyi bir şəraitdə parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, TÜRKPA-nın 15-ci plenar iclasının nəticələri təşkilatın fəaliyyətinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

  • TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib
  • TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib
  • TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib
  • TÜRKPA qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости