Avtomobil bazarında durğunluq: Qiymətlər necədir? - VİDEO
Avtomobil bazarında satıcıların sayı çox, alıcıların sayı isə xeyli azdır. Satıcılar avtomobillərini günlərlə satışa çıxarsalar da, real alıcı tapmaqda çətinlik çəkirlər. Xüsusilə payızın gəlişindən sonra alıcılıq qabiliyyətinin zəiflədiyi bildirilir.
Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarda qiymətlərdə ciddi dəyişiklik yoxdur. Bununla belə, minivenlərə və iri avtomobillərə tələbat azdır. Alıcılar əsasən kiçik mühərrikli, yanacağa qənaətcil və saxlanma xərcləri aşağı olan avtomobillərə üstünlük verirlər. Bəzi alıcılar isə qış mövsümünü nəzərə alaraq, çətin hava şəraitinə uyğun avtomobillərlə maraqlanırlar.
Satıcılar bildirirlər ki, alıcılar olsa da, təklif edilən qiymətlər çox vaxt bazar dəyərindən aşağı olur və bu, razılaşmanı çətinləşdirir. Onlar yeni il ərəfəsində avtomobil bazarında müəyyən canlanma gözləyirlər.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре