Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir
Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən jurnalistlər üçün "Media üçün rəqəmsal səriştələr" adlı maarifləndirici sessiya keçirilir.
Trend-in sessiyada iştirak edən müxbiri xəbər verir ki, "Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları" mövzusunda keçirilən görüşdə ölkədə İKT üzrə insan kapitalının artırılması, rəqəmsal səriştələrin inkişafı və dövlət qurumlarında rəqəmsal bilik və bacarıqların artırılması istiqamətində görülən işlər barədə məlumat verilir.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxış edir. Sessiya çərçivəsində İRİA-nın müvafiq departamentinin nümayəndələri tərəfindən təqdimatlar da keçirilir.
Görüşdə həmçinin rəqəmsal bacarıqların inkişafı sahəsində əldə olunan nəticələr və qarşıda duran məqsədlər barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре