https://news.day.az/azerinews/1870007.html Ukrayna tərəfə keçdi, 300 silahdaşının ölümünə səbəb oldu 26 yaşlı rusiyalı leytenant Lev Stupnikov Rusiya qoşunlarına endirilən zərbələrdə istifadə olunan məlumatları Ukraynaya ötürüb. Həmin hücumlar nəticəsində 300-dən çox hərbçi həlak olub. Day.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Ukrayna tərəfə keçdi, 300 silahdaşının ölümünə səbəb oldu

Azərbaycanca, 27 октября 2026 15:37 (UTC +04:00) 242
Ukrayna tərəfə keçdi, 300 silahdaşının ölümünə səbəb oldu

26 yaşlı rusiyalı leytenant Lev Stupnikov Rusiya qoşunlarına endirilən zərbələrdə istifadə olunan məlumatları Ukraynaya ötürüb. Həmin hücumlar nəticəsində 300-dən çox hərbçi həlak olub.

Day.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, Stupnikov 2023-cü ilin noyabrından Uqledar yaxınlığında yerləşən 36-cı motoatıcı briqadada rabitə rəisi kimi xidmət edib. O, bölmələrin mövqeləri, radio tezlikləri və döyüş planlarını Ukrayna tərəfinə ötürüb. 2024-cü ilin fevralında onun verdiyi məlumat əsasında endirilən zərbə nəticəsində 68 hərbçi həlak olub, 60 nəfər yaralanıb. May ayında isə daha 20 hərbçinin həlak olduğu zərbəyə kömək etdiyi bildirilir.

2024-cü ilin iyulunda Stupnikov cəbhə xəttini keçərək Ukrayna tərəfinə qoşulub və daha sonra Rus Könüllülər Korpusuna daxil olub. Onun Ukrayna ilə əməkdaşlığı 2025-ci ilin sentyabrında məlum olub və həmin ay Rusiya dövləti onun barəsində axtarış elan edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости