https://news.day.az/azerinews/1870167.html VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir - FOTO VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir - FOTO

Azərbaycanca, 28 октября 2026 10:10 (UTC +04:00) 259
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forumun ikinci günündə "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi", "Gənclərin dialoqu: təsirin ön plana çıxarılması", "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi", Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi" adlı panel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Xəbər yenilənəcək

  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir
  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir
  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir
  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости