"Hər adamla verilişə qatılmıram" - müğənni Elçin
Day.Az представляет новость на азербайджанском языке
"Efirə çağırılanda soruşuram ki, məndən başqa qonaq kim olacaq?"
Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Hüseynov "10-dan sonra" verilişinə açıqlamasında deyib.
Sənətçi bildirib ki, bəyənmədiyi müğənni ilə verilişə qatılmır:
"Xasiyyətimə uyğun insan olmasa, proqrama gəlmirəm. Onu sevənlər məni xoşlamırlar, məni sevənlər onu. Buna görə də efirə baxmayıb, çevirəcəklər. Hər adamla verilişə qatılmıram.
Bir də son zamanlar dəbdə olan açıq-saçıq şalvarlar var ki, onu geyənlərlə efirə qatılmaram. Bəzi geyimlər var ki, kişilərə onu yaraşdırmıram. Kişinin kişi, qadının qadın paltarı var".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре