https://news.day.az/azerinews/878332.html Ramil Usubovdan yeni TƏYİNAT

Ramil Usubovdan yeni TƏYİNAT

Azərbaycanca, 16 марта 2017 13:21 (UTC +04:00) 1 385
Ramil Usubovdan yeni TƏYİNAT

Day.Az представляет новость на азербайджанском языке

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Day.Az report-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəisi polis mayoru Turavi Paşayev vəzifəsindən azad edilib. O, Binəqədi RPİ-nin 7-ci PB-nə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Şahmar Paşayevin oğludur. Ş.Paşayev polisdə tanınmış simalardan olub. O, Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости