“O ses Türkiye”də irqçilik davası

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin TV8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasında maraqlı hadisə yaşanıb.

"Ölkə.Az" xəbər verir ki, yarışma zamanı, çəkilişlər davam edərkən Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında mübahisə baş verib. Münsiflər arasında irqçiliklə bağlı müzakirələr sonradan mübahisəyə çevrilib. Mübahisə getdikcə böyüyüb və çəkilişlər dayandırılıb.

Mübahisəyə Yıldız Tilbenin Balkan mahnısı oxuyan iştirakçıya kinayəli sözlər deməsi səbəb olub. Müğənni iştirakçıya belə deyib: "Aaaa... Sən Türksən? Mən səni xarici sandım. Bilsəydim dönərdim".

Yıldız Tilbenin bu sözlərindən əsəbləşən Gökhan Özoğuz öz etirazını bildirib: "Bu yarışmaya xaricilər də gəlir. Niyə dönməzdin axı?".

Yıldız Tilbe də həmkarının cavabını belə verib: "Bura Türkiyədir. Yarışmanın da adı "O ses Türkiye"dir. Mən bu yarışma üçün türk axtarıram. Burada türk olmayanların işi yoxdur".

Gökhan Özoğuz isə mübahisəyə öz damğasını belə vurub: "Sən o zaman kürdlərin də iştirakına etiraz edərdin?". Onun bu sözlərindən sonra aləm bir-birinə dəyib. Mühafizəçilər yarış iştirakçılarını zaldan çıxarıblar. Bildirilib ki, mübahisə sonradan davaya çönüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.