Xaçmazda "Vaz" "Niva"ya çırpıldı
Day.Az представляет новость на азербайджанском языке.
Gecə saatlarında Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində qeydə alınıb. Xaçmazdan Quba istiqamətində hərəkətdə olan 26 yaşlı Xaçmaz rayonunun Arzu qəsəbə sakini Razi Şükürovun idarə etdiyi 10 DP 432 qeydiyyat nişanlı "Vaz 21 011" markalı avtomobil magistrala çıxan 41 yaşlı Xaçmaz rayonunun Mürşüdoba kənd sakini Xosrov Allahverdiyevin idarə etdiyi 40 BF 817 qeydiyyat nişanlı "Niva" markalı avtomobilə çırpılıb.
Qəza zamanı avtomobillərə əzilsə də, sürücü və sərnişinlərdən heç kim xəsarət almayıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре