https://news.day.az/society/436974.html Şəkidə iki maşın toqquşub, yaralılar var

Şəkidə iki maşın toqquşub, yaralılar var

Общество, 12 октября 2013 14:36 (UTC +04:00) 5 625
Şəkidə iki maşın toqquşub, yaralılar var Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, şəhərin Yeni Çələbixan qəsəbəsindəŞamil Şükürovun idarə etdiyi 10 VG 325 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Məcidov Cəlalın idarə etdiyi 36 BE 786 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Niva" markalı avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlüFərzəliyeva Təranə Ziyəddin qızı və 1987-ci il təvəllüdlü Ələsgərov Pənah Natiq oğlu xəsarət alıblar. Dərhal hadisə yerinə Şəki Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları gəliblər.

Hər iki yaralıya elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Niva" markalı avtomobilin sürətlə hərəkət etməsi və yol ayrıcında gözləmə qaydasını pozması olub. Ancaq qəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости