https://news.day.az/society/513620.html "Chevrolet Niva" 17 yaşlı gəncin həyatını bitirdi

"Chevrolet Niva" 17 yaşlı gəncin həyatını bitirdi

Общество, 17 августа 2014 09:30 (UTC +04:00) 1 783
"Chevrolet Niva" 17 yaşlı gəncin həyatını bitirdi Day.Az представляет новость на азербайджанском языке.

Bu gün axşam saatlarında Şabranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın verdiyi xəbərə görə, hadisə Şabran-Taxtalar-Zeyvə yolunun 1-ci kilometrliyində qeydə alınıb. Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Qasımov Mənsur Camaləddin oğlunun idarə etdiyi 10-VS-740 dövlət qeydiyyat nişanlı "Chevrolet Niva" markalı maşınla Şabran rayon sakini 1997-ci il təvəllüdlü Şahbazov İlkin Nəbi oğlunu vurub. Piyada Şahbazov aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.


Şabran Rayon Polis bölməsindən APA-ya verilən məlumata görə faktla bağlı 263.2 maddəsi ilə cinayət işi açılıb.


Araşdırmalar davam edir.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости