https://news.day.az/azerinews/1704907.html
Bu marşrut avtobusları ödənişsiz xidmət göstərəcək
Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərə müraciət edib. Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciətdə COP29 müddətində (10-22 noyabrda) H1 və H2 ekspress avtobuslarının intervalının azaldılacağı bildirilib.
Bu marşrut avtobusları ödənişsiz xidmət göstərəcək
Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərə müraciət edib.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müraciətdə COP29 müddətində (10-22 noyabrda) H1 və H2 ekspress avtobuslarının intervalının azaldılacağı bildirilib.
Qeyd edilib ki, H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.
Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре