TransLogistika və Caspian sərgisi potensial müştərilərlə əlaqə qurmaq üçün unikal imkanlar təqdim edir - Layihə meneceri

TransLogistika və Caspian sərgisində həm Azərbaycandan, həm də region ölkələrindən olan dövlət nəqliyyat qurumlarının rəhbərləri və mütəxəssisləri ilə görüşmək, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq və potensial müştərilərlə əlaqə qurmaq üçün unikal imkanlar təqdim edir.
Day.Az xəbər verir ki, bunu "Caspian Event Organisers" şirkətinin layihə meneceri Ləman Ağayeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycanla yanaşı, sərgidə Türkiyə, Belarus, Rusiya Federasiyası, Çin, Hindistan, Gürcüstan və İsveçrədən olan şirkətlər də iştirak edəcəklər:
"Kommersiya şirkətləri ilə yanaşı, sərgidə dövlət qurumları da fəal şəkildə təmsil olunacaq. Bu il sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsi, "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası kimi strukturlar öz stendləri ilə iştirak edəcəklər. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi, eləcə də Belarus Dəmir Yolları da tədbirdə təmsil olunacaq.
TransLogistika və Caspian sərgisinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, TRAFIKA və Azərbaycan Sərgi Təşkilatları Assosiasiyası tərəfindən dəstək göstərilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре