https://news.day.az/azerinews/1763660.html Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər - Elçin Əmirbəyov Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb. Day.Az xəbər verir ki, o, bu barədə İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.

Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər - Elçin Əmirbəyov

Azərbaycanca, 26 июня 2025 16:13 (UTC +04:00) 388
Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər

Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.

Day.Az xəbər verir ki, o, bu barədə İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.

" Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov deyib.

Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqənin təmin edilməsidir.

"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.

E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.

"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.

Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.

"Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər", - o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости