https://news.day.az/azerinews/1763940.html 82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - FOTO II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb. Day.Az APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb. O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.

82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - FOTO

Azərbaycanca, 27 июня 2025 22:24 (UTC +04:00) 459
82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı

II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.

O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.

2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın "Krasnoarmeets" axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd əsgərin qalıqlarını aşkar edib.

Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı - "M.F.Xudaverdiyev" yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.

  • 82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı
  • 82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı
  • 82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı
  • 82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости