https://news.day.az/azerinews/1822863.html Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib 17 mart Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Azərbaycanca, 17 марта 2026 23:10 (UTC +04:00) 324
Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

17 mart Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости