Salyandakı qəzada ölən və yaralananların kimliyi məlum olub

Salyan rayonu, Salyan şəhərində yol-nəqliyyat qəzası baş verib, avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti FHN-in Muğan Regional Mərkəzinim xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yol-qəza hadisəsi nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

---------
20:04

Salyan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

Trend-in məlumatına görə, qəza nəticəsində Şorsulu kənd sakinləri Əhmədov Elnur, Qasımov İlkin və Qasımov Nizami Həsənağa oğlu həyatını itirib.

Hümbətov Əlifağa, Məmmədova Rəhmiyyə və Əsədov Vüqar isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

---------
19:25

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, "VAZ-2106" və "Toyota Prado" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.