https://news.day.az/azerinews/1852219.html Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilib - FOTO Pakistanın Azərbaycandakı səfirliyində Hindistanın nəzarəti altında olan Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü (Youm-e-Istehsal) münasibətilə tədbir keçirilib.

Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilib - FOTO

Azərbaycanca, 5 августа 2026 11:33 (UTC +04:00) 208
Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilib

Pakistanın Azərbaycandakı səfirliyində Hindistanın nəzarəti altında olan Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü (Youm-e-Istehsal) münasibətilə tədbir keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, akademik dairələrin üzvləri, vətəndaş cəmiyyəti institutları və KİV nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Hindistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki vəziyyət müzakirə olunub, həmçinin region sakinləri ilə həmrəylik ifadə edilib.

İştirakçılar sülhün, ədalətin və beynəlxalq hüquqa hörmətin təşviqinin vacibliyini, eləcə də Cammu və Kəşmir məsələsinin müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq sülh yolu ilə həllinin zəruriliyini vurğulayıblar.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında İslamabadın Cammu və Kəşmir məsələsindəki mövqeyinə göstərdiyi ardıcıl dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

"Pakistan hökuməti, mən şəxsən və hər bir pakistanlı Azərbaycanın bütün beynəlxalq platformalarda, eləcə də ikitərəfli münasibətlər çərçivəsində, BMT-də və İslam Əməkdaşlıq Təşkilatında bizə göstərdiyi dəyişməz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Biz Hindistanın Cammu və Kəşmir ərazilərini qanunsuz işğalına son qoyulmasına çağıran bu prinsipial mövqeyi yüksək qiymətləndiririk. Buna görə səmimi qəlbdən təşəkkür edirik", - deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, Pakistan Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir (IIOJK) sakinlərinə diplomatik və mənəvi dəstəyini davam etdirəcək. O, həmçinin beynəlxalq ictimaiyyəti münaqişənin humanitar aspektinə daha çox diqqət yetirməyə çağırıb.

"Bu, təkcə siyasi məsələ deyil, həm də humanitar məsələdir. Söhbət insanların həyatından və onların ləyaqətindən gedir", - deyə o bildirib və KİV nümayəndələrini bölgədəki vəziyyəti daha geniş işıqlandırmağa çağırıb.

Pakistanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Sara İcaz Pakistan Prezidenti Asif Əli Zərdarinin müraciətini səsləndirib.

"Pakistan Hindistan tərəfindən qanunsuz işğal edilmiş Cammu və Kəşmir xalqına mənəvi, siyasi və diplomatik dəstəyində sarsılmaz olaraq qalır. Cammu və Kəşmir ətrafındakı mübahisə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun şəkildə həll olunana qədər bu məsələni bütün beynəlxalq platformalarda qaldırmağa davam edəcəyik", - müraciətdə deyilir.

Prezidentin müraciətində həmçinin qeyd olunur ki, Pakistan Hindistanın 5 avqust 2019-cu ildə Cammu və Kəşmirin xüsusi konstitusion statusunu ləğv etmək qərarını birtərəfli və qanunsuz addım kimi qiymətləndirir.

Prezidentin sözlərinə görə, bu tədbirlər ərazinin beynəlxalq səviyyədə tanınmış hüquqi statusunu dəyişməyib. O, beynəlxalq ictimaiyyəti, o cümlədən Birləşmiş Millətlər Təşkilatını məsələnin sülh yolu ilə həlli istiqamətində səyləri gücləndirməyə çağırıb.

"Cənubi Asiyada ədalətli və davamlı sülh Cammu və Kəşmir mübahisəsinin dinc yolla həlli ilə sıx bağlıdır", - müraciətdə vurğulanıb.

  • Bakıda Cammu və Kəşmir xalqı ilə həmrəylik əlaməti olaraq İstismar Günü tədbiri keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости