https://news.day.az/azerinews/1852319.html Ağcabədidə ağır qəza, bir nəfər ölüb Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Ağcabədidə ağır qəza, bir nəfər ölüb

Azərbaycanca, 5 августа 2026 23:47 (UTC +04:00) 322
Ağcabədidə ağır qəza,

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости