https://news.day.az/azerinews/1852894.html Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb - FOTO Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən bildirir ki, hərəkətdə olan "Kia Optima" markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb. İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb - FOTO

Azərbaycanca, 9 августа 2026 00:20 (UTC +04:00) 188
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hərəkətdə olan "Kia Optima" markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
  • Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
  • Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
  • Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости