Yevlaxda ağır qəza: iki nəfər ölüb, beş nəfər yaralanıb
23:34
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrindən başlayaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir.
3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
22:07
Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
hadisə Salahlı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı "Mercedes" və "Naz Lifan" markalı iki avtomobil toqquşub. Toqquşma nəticəsində iki nəfər həyatını itirib, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре