https://news.day.az/azerinews/1854183.html
Ucarda iki yük maşını toqquşub, ölənlər var - FOTO
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ" markalı yük maşını ilə "Ford" markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.
Ucarda iki yük maşını toqquşub, ölənlər var - FOTO
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük maşını ilə "Ford" markalı yük maşını toqquşub.
İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре