https://news.day.az/azerinews/1856721.html "Airbus" ABŞ-dakı kosmik bölməsini satmağı nəzərdən keçirir Avropanın ən böyük aerokosmik şirkəti "Airbus" peyk rabitəsi sahəsində ümumavropa konqlomeratının yaradılması istiqamətində səyləri birləşdirmək məqsədilə ABŞ-dakı kosmik biznesini satmaq variantını nəzərdən keçirir. Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Airbus" ABŞ-dakı kosmik bölməsini satmağı nəzərdən keçirir

Azərbaycanca, 30 августа 2026 09:33 (UTC +04:00) 213
"Airbus" ABŞ-dakı kosmik bölməsini satmağı nəzərdən keçirir

Avropanın ən böyük aerokosmik şirkəti "Airbus" peyk rabitəsi sahəsində ümumavropa konqlomeratının yaradılması istiqamətində səyləri birləşdirmək məqsədilə ABŞ-dakı kosmik biznesini satmaq variantını nəzərdən keçirir.

Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, hazırda şirkət potensial alıcıların ABŞ-dakı biznesinə göstərdiyi marağı dəyərləndirir. "Airbus US Space Systems" bölməsinin aktivləri arasında Floridada yerləşən istehsal müəssisəsi də var.

 

Bölmənin illik gəlirinin bir neçə yüz milyon dollar təşkil etdiyi bildirilir.

Nəşr qeyd edir ki, ABŞ-dakı aktivlərin satılması "Airbus"ın 2024-cü ildə 989 milyon avro zərər etmiş biznesinin bərpası istiqamətində atdığı növbəti addım ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости