https://news.day.az/azerinews/1857219.html Sahibə Qafarova Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Serbiyadadır Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfər edib. Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sahibə Qafarova Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Serbiyadadır

Azərbaycanca, 1 сентября 2026 16:57 (UTC +04:00) 160
Sahibə Qafarova Qoşulmama Hərəkatının tədbirində iştirak üçün Serbiyadadır

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfər edib.

Day.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.

Milli Məclisin sədrini Belqrad şəhərinin Nikola Tesla hava limanında Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости