https://news.day.az/azerinews/1857850.html Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub - DİM sədri Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub. Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb. Qeyd edilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb.

Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub - DİM sədri

Azərbaycanca, 4 сентября 2026 17:39 (UTC +04:00) 132
Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub

Ali təhsil müəssisələrinə plan yerlərinin təxminən 98%-i dolub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

Qeyd edilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb.

"Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb.

Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri - təxminən 2%-i boş qalıb",- deyə əlavə edilib.

Qeyd edək ki, 8 sentyabr saat 18:00 ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarixdir. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildiyiniz ixtisasdan imtina kimi qiymətləndirilir. Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8 -15 sentyabrda qeydiyyatdan keçməlidirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости