https://news.day.az/azerinews/1858571.html Üçtərəfli danışıqlar Türkiyədə aparıla bilər - Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə keçirilə bilər. Day.Az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. "Görüş Əmirliklərdə, İsveçrədə, Türkiyədə və digər ölkələrdə keçirilə bilər.

Üçtərəfli danışıqlar Türkiyədə aparıla bilər - Zelenski

Azərbaycanca, 8 сентября 2026 14:50 (UTC +04:00) 128
Üçtərəfli danışıqlar Türkiyədə aparıla bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə keçirilə bilər.

Day.Az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Görüş Əmirliklərdə, İsveçrədə, Türkiyədə və digər ölkələrdə keçirilə bilər. Bizim təcrübəmiz var, müxtəlif ölkələrdən dəvətlər almışıq", - deyə Zelenski çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüş zamanı müzakirə edilə biləcək məsələlər arasında enerji və taxıl ixracı da var.

"Təkcə müzakirə etmək yox, konkret nəticə əldə etmək lazımdır", - prezident qeyd edib.

Eyni zamanda, Zelenski humanitar məsələləri danışıqların prioritetlərindən biri adlandırıb. O, ilk növbədə hərbi əsirlərin mübadiləsini qeyd edərək, "mübadilələrin sayını artırmaq və prosesi sürətləndirmək lazımdır", - deyə vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости