https://news.day.az/azerinews/1858915.html Taliban ABŞ-nin Əfqanıstanda qalan silah və hərbi texnikasının qaytarılması tələbini rədd edib Taliban hökuməti Əfqanıstanda 2021-ci ildə əvvəlki hökumətin süqutundan sonra qalmış ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması ilə bağlı Prezident Donald Trampın tələbini yenidən rədd edib.

Taliban ABŞ-nin Əfqanıstanda qalan silah və hərbi texnikasının qaytarılması tələbini rədd edib

Azərbaycanca, 9 сентября 2026 20:36 (UTC +04:00) 116
Taliban ABŞ-nin Əfqanıstanda qalan silah və hərbi texnikasının qaytarılması tələbini rədd edib

Taliban hökuməti Əfqanıstanda 2021-ci ildə əvvəlki hökumətin süqutundan sonra qalmış ABŞ silahlarının və hərbi texnikasının geri qaytarılması ilə bağlı Prezident Donald Trampın tələbini yenidən rədd edib.

AZƏRTAC "əl-Hədəs" telekanalına istinadla xəbər verir ki, bunu Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsü Əbdülqəhhar Bəlxi açıqlayıb. O vurğulayıb ki, sözügedən texnika və silahlar artıq Əfqanıstan dövlətinin mülkiyyətidir və bu barədə hər hansı sövdələşmələr aparılmır.

Bəlxi ABŞ-nin Əfqanıstanda apardığı müharibəni xatırladaraq, Vaşinqtonun ölkəyə vurduğu zərərə görə əvvəlcə özü "haqq-hesab verməli" olduğunu bildirib.

ABŞ-nin Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin avqustunda Talibanın nəzarətinə keçən əvvəlki Əfqanıstan ordusunun sərəncamında ABŞ-nin maliyyəsi ilə alınmış təxminən 7 milyard dollar dəyərində silah və hərbi texnika olub. Tramp Ağ Evə qayıtdıqdan sonra həmin silahların qaytarılmasını dəfələrlə tələb edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости