https://news.day.az/azerinews/1859103.html 2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramları açıqlanıb 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramları açıqlanıb

Azərbaycanca, 10 сентября 2026 15:55 (UTC +04:00) 279
2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramları açıqlanıb

2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən (publisistik və ya dialoq formalı) və ona aid 4 tapşırıqdan, oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə ediləcək. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə 13 qapalı tipli tapşırıqdan istifadə olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости