https://news.day.az/azerinews/1859995.html Sahibə Qafarova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib - FOTO Sentyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova "Parlament Əməkdaşlığında gənclərin rolu" mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Baş Qərargahında fəxri qonaq qismində çıxış edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib - FOTO

Azərbaycanca, 14 сентября 2026 19:12 (UTC +04:00) 119
Sahibə Qafarova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib

Sentyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova "Parlament Əməkdaşlığında gənclərin rolu" mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Baş Qərargahında fəxri qonaq qismində çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan parlamentinin spikeri əvvəlcə qərargahda yaradılan şəraitlə tanış olub.

Sonra gənclər qarşısında çıxış edən spiker Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə verdiyi mühüm töhfələr haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın sədrliyi qlobal miqyasda ciddi çağırışların, xüsusilə COVID-19 pandemiyasının yaşandığı dövrə təsadüf edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının həmrəyliyinin və praktiki fəaliyyət imkanlarının nümayiş etdirilməsində mühüm rol oynayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan pandemiyaya cavab olaraq Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Onlayn Zirvə görüşünün, eləcə də BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, peyvəndlərə bərabər çıxışın təmin olunmasını təşviq edib və ehtiyacı olan ölkələrə yardım göstərib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq rolunun və institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu institusional inkişafın mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması olub. 2019-cu ildə qəbul edilmiş qərardan sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Gənclər Təşkilatına çevrilib.

Parlamentin sədri qeyd edib ki, Qoşulmam Hərəkatının Gənclər Təşkilatı (QHGT) və Parlament Şəbəkəsi (QHPŞ) fərqli, lakin bir-birini tamamlayan funksiyalar həyata keçirirlər. Onlardan biri gənclər üçün beynəlxalq platforma yaradır, digəri isə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərini bir araya gətirir. Sahibə Qafarova vurğulayıb ki, bu iki institut Qoşulmama Hərəkatının institusional əsaslarını genişləndirib, onun fəaliyyətini parlamentlərə, gənclərə və cəmiyyətə daha da yaxınlaşdırıb. Qeyd edilib ki, bu strukturlar Azərbaycanın sədrliyi dövrünün ən mühüm və uzunmüddətli nəticələri sırasındadır.

Spiker Sahibə Qafarova çıxışında QHPŞ-nin yaradılmasından bəhs edərək, bildirib ki, 2021-ci ildə Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində təsis olunan Parlament Şəbəkəsi ötən dövrdə Azərbaycan Milli Məclisinin sədrliyi ilə öz strukturunu formalaşdırıb, beynəlxalq əməkdaşlığını genişləndirib və müxtəlif ölkələrdə beş konfrans keçirib. Parlament Şəbəkəsi Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm parlament ölçüsü gətirib və beynəlxalq səviyyədə qəbul olunan öhdəliklərin milli parlamentlərdə qanunvericilik, büdcə və parlament nəzarəti vasitəsilə dəstəklənməsinə imkan yaradır.

Milli Məclisin sədri çıxışında gənclərin siyasi və ictimai proseslərdə iştirakı ilə bağlı danışıb, onların həyatın müxtəlif sahələrində daha aktiv təmsil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sahibə Qafarova gənclərin inkişafı üçün keyfiyyətli təhsil, peşə bacarıqları, layiqli məşğulluq, rəqəmsal imkanlara çıxış, onların süni intellekt, məlumatların qorunması və rəqəmsal iqtisadiyyatla bağlı müzakirələrə cəlb edilməsinin vacibliyi haqqında da fikirlərini bildirib.

Çıxışına yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, QHGT və QHPŞ Azərbaycanın sədrliyinin mühüm irsi olmaqla yanaşı, Qoşulmama Hərəkatının gələcəyinə xidmət edən aktiv təsisatlardır.

  • Sahibə Qafarova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости