https://news.day.az/azerinews/1860034.html Bərdədə iki avtomobil toqquşub, ölən var - FOTO Bərdə rayonunun Alpout kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrində olan 5 nəfərdən 4-ü xəsarət alıb.

Bərdədə iki avtomobil toqquşub, ölən var - FOTO

Azərbaycanca, 14 сентября 2026 22:50 (UTC +04:00) 250
Bərdədə iki avtomobil toqquşub, ölən var

Bərdə rayonunun Alpout kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. "VAZ-2109" və "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrində olan 5 nəfərdən 4-ü xəsarət alıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2109"un sürücüsü, 1989-cu il təvəllüdlü Şəki rayon sakini Məmmədiyəyev Aydın Akif oğlu həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

Qəza zamanı 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin qızı, 1996-cı il təvəllüdlü Məmmədiyəyev Zemfira Vaqif qızı və 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zemfira Məmmədiyəyevanın ölən sürücünün həyat yoldaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

  • Bərdədə iki avtomobil toqquşub, ölən var
  • Bərdədə iki avtomobil toqquşub, ölən var
  • Bərdədə iki avtomobil toqquşub, ölən var
  • Bərdədə iki avtomobil toqquşub, ölən var
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости