Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilrən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре