https://news.day.az/azerinews/1868078.html Manevr qaydasının pozulması ölümlə nəticələndi - VİDEO Sürücülər nəticə çıxarmaldırlar: bu hadisədə 1 nəfər dünyasını dəyişdi. Day.Az-a bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur.

Manevr qaydasının pozulması ölümlə nəticələndi - VİDEO

Azərbaycanca, 19 октября 2026 16:03 (UTC +04:00) 140
Manevr qaydasının pozulması ölümlə nəticələndi

Sürücülər nəticə çıxarmaldırlar: bu hadisədə 1 nəfər dünyasını dəyişdi.

Day.Az-a bildirilib ki, manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır. 

Bəs manevretmə qaydalarının pozulması zamanı qəzalar necə baş verir?

1. Bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Yanılırlar!
2. Sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.

Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən məsuliyyətli davranmağı və manevr edərkən qaydalara əməl etməyi xahiş edir.

Qeyd edək ki, 1 nəfərin ölümü ilə nəticələnən bu hadisə ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости