https://news.day.az/azerinews/1868510.html Vətən Müharibəsi Qəhrəmanına yeni rütbə verildi Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib.

Vətən Müharibəsi Qəhrəmanına yeni rütbə verildi

Azərbaycanca, 21 октября 2026 10:36 (UTC +04:00) 255
Vətən Müharibəsi Qəhrəmanına yeni rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib.

1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir. Bundan sonrakı pillə kontr-admiral ali rütbəsidir.

Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə İbrahimova Vətən Müharibəsi Qəhrəmanı adı verilib, o, həmçinin "Cəbrayılın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости