https://news.day.az/azerinews/1868531.html Əhalisi ən sürətlə artan türk dövləti məlum oldu 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Özbəkistanın daimi əhalisinin sayı 39,54 milyon nəfər təşkil edib. Day.Az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb. Ötən ilin eyni tarixi ilə müqayisədə əhalinin sayı 692,2 min nəfər və ya 1,8 faiz artıb.

Əhalisi ən sürətlə artan türk dövləti məlum oldu

Azərbaycanca, 21 октября 2026 11:34 (UTC +04:00) 158
Əhalisi ən sürətlə artan türk dövləti məlum oldu

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Özbəkistanın daimi əhalisinin sayı 39,54 milyon nəfər təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin eyni tarixi ilə müqayisədə əhalinin sayı 692,2 min nəfər və ya 1,8 faiz artıb.

Ölkənin ən çox əhalisi olan inzibati-ərazi vahidi Səmərqənd vilayətidir. Burada 4,46 milyon nəfər yaşayır. İkinci yerdə 4,29 milyon nəfərlə Fərqanə vilayəti, üçüncü yerdə isə 3,8 milyon nəfərlə Daşkənd vilayəti qərarlaşıb.

Qaşqadərya vilayətində əhalinin sayı 3,75 milyon nəfərə, Əndican vilayətində isə 3,57 milyon nəfərə çatıb. Ölkənin paytaxtı Daşkənd şəhərində 3,28 milyon nəfər yaşayır.

Xatırladaq ki, Özbəkistanda doğum göstəriciləri digər türk dövlətləri (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan) müqayisədə daha yüksəkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости