https://news.day.az/azerinews/1868542.html Uitkoff Sankt-Peterburqdadır ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bugün səhər saatlarında Sankt-Peterburqa səfər edib. Day.Az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Uitkoff Sankt-Peterburqdadır

Azərbaycanca, 21 октября 2026 12:04 (UTC +04:00) 130
Uitkoff Sankt-Peterburqdadır

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bugün səhər saatlarında Sankt-Peterburqa səfər edib.

Day.Az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata görə, hava limanında onu Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Onun yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi və Ukrayna münaqişəsi daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

Stiv Uitkoffun gəlişindən bir müddət Sankt-Peterburqun Pulkovo hava limanında hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Hazırda hava limanı müvafiq qurumlarla razılaşdırılmaqla uçuşları qəbul edir və yola salır. Bildirilib ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə görülüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости