Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Day.Az AZƏRTAC-a istinadən xəbər verir.
Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.
Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.
Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре