https://news.day.az/azerinews/1868589.html Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Toprak Partiyasının sədri Ömer Ulutaş Azərbaycanda "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər

Azərbaycanca, 21 октября 2026 14:39 (UTC +04:00) 165
Onlar istəsələr də, artıq Azərbaycana gələ bilməyəcəklər

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan və Toprak Partiyasının sədri Ömer Ulutaş Azərbaycanda "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar nəzərə alınaraq qəbul edilib.

XİN-in məlumatında hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına çağırışlar da qərarın əsasları sırasında göstərilib.

Nazirlik Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, Fatih Erbakanın rəhbərlik etdiyi Yenidən Rifah Partiyası 2018-ci il noyabrın 23-də yaradılıb. Erbakan Türkiyənin sabiq Baş naziri və "Rifah" partiyasının sədri olmuş Nəcməddin Erbakanın oğludur.

Ömer Ulutaş isə 2025-ci il martın 4-də təsis edilən Toprak Partiyasının sədridir. Partiya parlamentdə təmsil olunmur və daha çox kənd təsərrüfatı sahəsində islahat şüarları ilə çıxış edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости