https://news.day.az/azerinews/1869549.html Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olaraq tarix yazdı - VİDEO Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmançı finalda İran təmsilçisi Payam Balutaki ilə qarşılaşıb.

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olaraq tarix yazdı - VİDEO

Azərbaycanca, 25 октября 2026 17:44 (UTC +04:00) 388
Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olaraq tarix yazdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmançı finalda İran təmsilçisi Payam Balutaki ilə qarşılaşıb. Əzizli rəqibinə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.

Təcrübəli güləşçi finala gedən yolda monqolustanlı Davaabandi Munx Erdeneni və belaruslu Aleksandr Qurevi 9:0, yarımfinalda isə Gürcüstan təmsilçisi Vaxtanq Loluanı 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Eldəniz Əzizli daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub. O, yarışdan əvvəl beşinci dünya çempionluğundan sonra idmançı karyerasını başa vurmaq istədiyini açıqlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости