https://news.day.az/azerinews/1870435.html Əhali dolları satır, Mərkəzi Bankın valyuta ehtiyatları artır Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. "2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 mln. ABŞ dolları üstələyib.

Əhali dolları satır, Mərkəzi Bankın valyuta ehtiyatları artır

Azərbaycanca, 29 октября 2026 10:18 (UTC +04:00) 281
Əhali dolları satır, Mərkəzi Bankın valyuta ehtiyatları artır

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

"2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 mlrd. ABŞ dollarına yüksəlib", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости