https://news.day.az/azerinews/1870556.html Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib - FOTO Azərbaycan Hava Yolları və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. Lotereya "AZAL Miles" loyallıq proqramının üzvləri arasında keçirilib.

Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib - FOTO

Azərbaycanca, 29 октября 2026 14:59 (UTC +04:00) 287
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Azərbaycan Hava Yolları və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. Lotereya "AZAL Miles" loyallıq proqramının üzvləri arasında keçirilib.

Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub. Mənzillə yanaşı, lotereyanın mükafat fonduna uçuş milləri, "ABB-AZAL Miles Co-brand Infinite" və "Platinum" kartları, "Crocus Fitness Baku"da birillik abunəliklər və "Aghalarov Rest" restoranlar şəbəkəsinin hədiyyə kuponları daxil olub.

8 iyul - 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün "AZAL Miles" üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.

Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

  • Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости