Sərnişinlərin arıqlaması aviaşirkətlərə milyonlarla dollar qazandıra bilər
Arıqlama preparatları sayəsində sərnişinlərin orta çəkisinin 10% azalması ABŞ-nin dörd ən böyük aviaşirkətinə ildə 580 milyon dollaradək qənaət etməyə imkan verə bilər. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Day.Az xəbər verir ki, analitiklərin hesablamalarına görə, "Boeing 737 MAX 8" təyyarəsində 178 sərnişinin orta çəkisinin 10% azalması uçuşun ümumi kütləsini 2% azalda bilər. Bu isə yanacaq sərfiyyatını və xərcləri aşağı salmaqla yanaşı, əlavə yükdaşıma imkanları yarada bilər.
Bununla belə, arıqlama preparatlarından istifadə edən sərnişinlərin daha az qəlyanaltı və içki alması aviaşirkətlərin gəlirlərinə mənfi təsir göstərə bilər. Şirkətlər artıq çəkini azaltmaq üçün daha yüngül qablar və çap materiallarından istifadə edirlər. Məsələn, "United Airlines" bort jurnalını daha nazik kağızda çap etməklə ildə təxminən 300 min dollar yanacağa qənaət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре