https://news.day.az/azerinews/1870731.html Yarımqoşquya çırpılan maşının sürücüsü ölüb Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də saat 21 radələrində baş verib.

Yarımqoşquya çırpılan maşının sürücüsü ölüb

Azərbaycanca, 30 октября 2026 09:38 (UTC +04:00) 237
Yarımqoşquya çırpılan maşının sürücüsü ölüb

Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də saat 21 radələrində baş verib.

Belə ki, Bahəddin Nəcəfzadənin idarə etdiyi "Lada Granta" markalı avtomobil Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, Şamo Seyidovun idarə etdiyi "MAN" markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində sürücü B.Nəcəfzadə Neyrocərrahiyyə Klinikasına aparılıb. O, oktyabrın 29-da orada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi üzrə istintaq aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости