https://news.day.az/azerinews/1870843.html Bakı-Balakən qatarı noyabrın 20-də yenidən yola düşəcək Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti noyabrın 20-dən bərpa olunacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, qatarların hərəkəti Qax-Balakən dəmir yolu sahəsində aparılan təmir-bərpa işlərinin başa çatdırılmasından sonra yenidən təşkil ediləcək.

Bakı-Balakən qatarı noyabrın 20-də yenidən yola düşəcək

Azərbaycanca, 30 октября 2026 14:34 (UTC +04:00) 274
Bakı-Balakən qatarı noyabrın 20-də yenidən yola düşəcək

Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti noyabrın 20-dən bərpa olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qatarların hərəkəti Qax-Balakən dəmir yolu sahəsində aparılan təmir-bərpa işlərinin başa çatdırılmasından sonra yenidən təşkil ediləcək.

Xatırladaq ki, bu ilin iyul ayında Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü yağışlar nəticəsində Qax-Balakən dəmir yolu sahəsinin infrastrukturuna ciddi ziyan dəyib. Sel suları bəzi ərazilərdə yol yatağını tamamilə yuyub.

Bununla əlaqədar avqustun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Azərbaycan Dəmir Yolları daha əvvəl bildirmişdi ki, zədələnmiş ərazilərin bərpası çərçivəsində bəzi sahələrdə dəmir yolu infrastrukturu yenidən qurulur, gələcəkdə oxşar halların qarşısının alınması üçün suötürücülər quraşdırılır.

Qeyd edək ki, təmir işləri başa çatdıqdan sonra marşrut üzrə qatarların hərəkətinin noyabr ayında bərpa olunacağı açıqlanmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости