https://news.day.az/azerinews/1870857.html Astarada torpaq sürüşməsi oldu Astarada torpaq sürüşməsi baş verib. Day.Az apa-ya istinadən xəbər verir ki, sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqamətində qeydə alınıb. Əsası 1988-ci illərdə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub.

Astarada torpaq sürüşməsi oldu

Azərbaycanca, 30 октября 2026 14:51 (UTC +04:00) 254
Astarada torpaq sürüşməsi oldu

Astarada torpaq sürüşməsi baş verib.

Day.Az apa-ya istinadən xəbər verir ki, sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqamətində qeydə alınıb.

Əsası 1988-ci illərdə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub. Nəticədə 16 ədəd, ümumilikdə 20 m uzunluqda torpaq qatı çaya aşıb. Bəzi vətəndaşların məhəllə arası istifadə etdiyi yolun kənar hissəsi uculmuşdur.

Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub. Bus bəndlərin cari təmiri işlərinə başlanılıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Agentliyi, Regional Su və Meliorasiya Xidməti QSC və Layihə instutuna məıumat verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости