https://news.day.az/azerinews/1870870.html Avropa 100 milyard avrodan çox pul itirib - SƏBƏB İran ətrafında baş verən münaqişənin iqtisadi nəticələri son səkkiz ay ərzində Avropaya 100 milyard avrodan çox zərər vurub. Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Koreya Respublikasına səfəri zamanı jurnalistlərə bildirib. O, tərəfləri vəziyyətin diplomatik yolla nizamlanmasına çağırıb.

Avropa 100 milyard avrodan çox pul itirib - SƏBƏB

Azərbaycanca, 30 октября 2026 15:34 (UTC +04:00) 259
Avropa 100 milyard avrodan çox pul itirib

İran ətrafında baş verən münaqişənin iqtisadi nəticələri son səkkiz ay ərzində Avropaya 100 milyard avrodan çox zərər vurub.

Day.Az xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Koreya Respublikasına səfəri zamanı jurnalistlərə bildirib.

O, tərəfləri vəziyyətin diplomatik yolla nizamlanmasına çağırıb.

"Bu münaqişənin mümkün qədər tez başa çatması üçün koordinasiya və diplomatik səylərimizi həyata keçirmək məqsədilə çoxsaylı kanallardan istifadə edirik. Münaqişə Avropaya ciddi təsir göstərir. Artıq onun nəticəsində böyük xərclərlə üzləşirik: yalnız enerji daşıyıcılarının bahalaşması səbəbindən son səkkiz ay ərzində təkcə Avropanın itkiləri 100 milyard avronu ötüb", - deyə Merts bildirib.

Onun sözlərinə görə, münaqişənin enerji qiymətlərinin artmasına səbəb olması nəticəsində Avropadakı müəssisələr və istehlakçılar məhz bu məbləğdə əlavə xərc çəkməli olublar.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости