https://news.day.az/azerinews/1870881.html Tramp administrasiyası "Green Card" lotereyasını yenidən dayandırıb ABŞ-də 2027-ci il üçün "Green Card" lotereyası yenidən təxirə salınıb. Day.Az xəbər verir ki, bu barədə "Vısa-Guru" portalı məlumat yayıb.

Tramp administrasiyası "Green Card" lotereyasını yenidən dayandırıb

Azərbaycanca, 30 октября 2026 15:53 (UTC +04:00) 255
Tramp administrasiyası "Green Card" lotereyasını yenidən dayandırıb

ABŞ-də 2027-ci il üçün "Green Card" lotereyası yenidən təxirə salınıb.

Day.Az xəbər verir ki, bu barədə "Vısa-Guru" portalı məlumat yayıb.

Bu yaxınlarda məhkəmə ABŞ administrasiyanın üzərinə noyabrın 1-dən müraciətlərin qəbuluna başlamaq öhdəliyi qoysa da, Tramp administrasiyası qərardan apellyasiya şikayəti verərək onun icrasının dayandırılmasına nail olub.

Lotereya 2025-ci ildən milli təhlükəsizlik məsələsi əsas gətirilərək dayandırılıb. Yeni tarixlər hələ açıqlanmayıb.

"Green Card" nədir?

"Green Card" (yaşıl kart) ABŞ-də daimi sakin statusunu təsdiq edən sənəddir. Onun sahibləri:

ABŞ-də məhdudiyyətsiz yaşamaq və işləmək;

sosial güzəştlərdən yararlanmaq;

gələcəkdə ABŞ vətəndaşlığı almaq üçün müraciət etmək hüququ əldə edirlər.

"Diversity Visa" lotereyası hər il keçirilir. ABŞ-yə immiqrasiya səviyyəsi nisbətən aşağı olan ölkələrin, o cümlədən Qazaxıstanın vətəndaşları lotereyada iştirak edə bilərlər.

Qeyd edək ki, DV-2026 lotereyasının nəticələrinin müəyyənləşdirilməsi prosesi artıq başa çatıb. Növbəti - DV-2027 lotereyasının keçirilmə tarixləri isə hələ məlum deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости