https://news.day.az/azerinews/1870933.html İdman zallarında ən çox mikrob toplanan yerlər açıqlanıb Mütəxəssislər idman zallarında bakteriya və göbələklərin daha çox toplandığı yerləri açıqlayıblar. Bunlara idman döşəkləri, duş kabinələrinin döşəmələri, su kranlarının tutacaqları və trenajorların səthləri daxildir.

İdman zallarında ən çox mikrob toplanan yerlər açıqlanıb

Azərbaycanca, 31 октября 2026 01:38 (UTC +04:00) 216
İdman zallarında ən çox mikrob toplanan yerlər açıqlanıb

Mütəxəssislər idman zallarında bakteriya və göbələklərin daha çox toplandığı yerləri açıqlayıblar. Bunlara idman döşəkləri, duş kabinələrinin döşəmələri, su kranlarının tutacaqları və trenajorların səthləri daxildir.

Day.Az xəbər verir ki, xüsusilə ümumi istifadə olunan döşəklərdə qızılı stafilokokk kimi bakteriyalar infeksiya riski yarada bilər.

İdman çantaları, buxar otaqları və saunalar da mikrobların çoxalması üçün əlverişli mühit hesab olunur. Tərli geyimlərin çantada uzun müddət saxlanılması göbələk və dəri infeksiyalarına səbəb ola bilər.

Yoluxma riskini azaltmaq üçün trenajorları istifadədən əvvəl və sonra dezinfeksiya etmək, duşda rezin başmaq geyinmək, şəxsi dəsmal və idman döşəyindən istifadə etmək tövsiyə olunur. Məşqdən sonra tərli geyimləri dərhal dəyişmək və idman çantasını mütəmadi təmizləmək də vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости