https://news.day.az/azerinews/1871232.html Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var

Azərbaycanca, 1 ноября 2026 09:55 (UTC +04:00) 268
Şəkidə avtomobil dərəyə aşdı

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Əlibala oğlu Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan daha üç nəfər - Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Qalib oğlu Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Fərid oğlu Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Nazim oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Hazırda onların tibbi müayinəsi aparılır, diaqnozları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости